“Hadrut fatehi” Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun həyatı və döyüş yolundan bəhs edən poemadır.
Əsərdə XTQ-nin baş giziri olan qəhrəmanımızın öz dəstəsi ilə keçdiyi şanlı döyüş yolu, göstərdiyi şücaətlər qələmə alınmışdır.
Hadrutun işğaldan azad edilməsində müstəsna xidməti olan Camal İsmayılovun döyüşçü obrazı əsər boyu öz qəhrəmanlığı ilə zəfərdən-zəfərə qoşan Azərbaycan hərbçisinin gücünü və qətiyyətini özündə əks etdirir.
"Elm və təhsil" nəşriyyatında çap olunan kitabın redaktoru filologiya elmləri doktoru Elnarə Akimova, ön söz müəllifi filologiya üzrə fəlsəfə doktoru Azər Turandır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!