“Mücrü ” nəşriyyatının uşaqlar üçün hazırladığı “Mücrü” uşaq jurnalının 3-cü sayı nəşr olunub.
Bu dəfə “Təbiəti qoruyaq. Nəfəs alaq” devizi ilə çap olunan jurnalda hər zaman olduğu kimi, uşaq ədəbiyyatının tanınmış nümayəndələriylə yanaşı, uşaq müəlliflər də çap olunub.
Balaca rəssamların çəkdiyi rəngbərəng şəkillər jurnalın səhifələrini bəzəyib.
Bu nömrəmizdə də Reyhan Yusifqızı, Xanım Anela, Şahnaz Kamal, Alov İnanna, Nurlana İşıq, Təranə Qurbanlı kimi yerli müəlliflər bir-birindən maraqlı mətnlərlə uşaqların görüşünə gəliblər. Fərid Hüseynin Linda Hestinqdən, Günel Rəcəbin Odri Pendən elədiyi tərcümələr də olduqca maraqlıdır.
Mərhum yazıçımız İkinci Mahmudun bir vaxtlar məşhur pop ulduzu Madonnadan tərcümə elədiyi “Cənab Pibodinin alması ” hekayəsi də diqqətəlayiqdir.
“Bilirsinizmi?” rubrikasında uşaqlar yeni məlumatlarla tanış ola, “Əyləncəli məntiq”, “Əyləncəli riyaziyyat” testlərini həll edə bilərlər.
Oxucularımız jurnalı “Mücrü” nəşriyyatından əldə edə bilərlər. Onu da deyək ki, “Mücrü” uşaq dərgisinin əvvəlki nömrələriylə nəşriyyata gələn alıcılar bütün kitabları 25% endirimlə ala bilərlər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!