Bəxtiyar Vahabzadə yaradıcılığı Qazaxıstan ədəbiyyat portalında

 

Qazaxıstanın populyar “Adebiportal.kz” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq şairi Bəxtiyar Vahabzadənin rus dilinə tərcümə edilmiş “Ayrılıqda”, “Ürək”, “Dəyişilmə” şeirlərinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.

Tərcümə Mərkəzindən bildirilib ki, şeirləri rus dilinə V.Luqova, A.Kronqauz və V.Zaytsev tərcümə edib.

Qeyd edək ki, geniş oxucu kütləsi olan “Adebiportal.kz” öz səhifələrində müntəzəm olaraq Aleksandr Blok, Akutaqava Rünoske, Con Apdayk, Lilian Voyniç, Virciniya Vulf, Herman Hesse, Knut Hamsun kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 

azertag.az

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!