Qarabağ bayatıları - Fikrət Qoca

Düzüm-dağım Qarabağ,
Cənnət bağım Qarabağ!
Biz odlar övladıyıq,
İlk ocağım - Qarabağ!

Qarabağ - böyük bağdı,
Dağı da - böyük dağdı.
Qarabağ bizim olub,
Bizim də olacaqdı.

Qarabağ bir cahandı,
Qarabağ canda-candı.
Qarabağın anası
Böyük Azərbaycandı.

05.10.2017


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!