AYB-nin bəyanatı: "Qardaş Türkiyənin yanında olduğumuzu bəyan edirik!"

 

Aprelin 24-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Baydenin erməni lobbisinin təsiriylə işlətdiyi ifadə böyük hiddət doğurur. Dünyaya özünü “demokratiyanın beşiyi”, “ədalətin carçısı” kimi təqdim edən bir ölkənin rəhbərinin erməni uydurmalarına siyasi mövqe bildirməyi ikili standartların, çirkin oyunların və ən böyük ədalətsizliyin bariz nümanəsidir.

 100 il əvvəlin yalanlarına “həqiqət pəncərəsin”dən boylanan Baydenin görəsən 30 il əvvəl erməni vandallarının Xocalıda  törətdiyi soyqırıma  susqunuq gəstərməsinə səbəb nədir?

Məqsəd bəllidir! Qardaş Türkiyənin yalnız regionda deyil, bütün dünyada artan nüfuzuna kölgə salmaq, guya bu yollarla onun dinamik inkişafına əngəl yaratmaq.

Tarixi araşdırmaq tarixçilərin işidir! Türkiyə Prezidenti cənab R.T.Ərdoğan dəfələrlə arxivlərin açılmasını təklif etsə də, yalan-palanlarının ifşa olunacağından çəkinən Ermənistan rəhbərliyi bu çağırışlara əhəmiyyət verməmişdir.

Biz qardaş Türkiyəyə qarşı atılan hər bir haqsız, ədalətsiz addımı şiddətlə qınayır, bütün imkanlarımzla qardaş Türkiyənin yanında olduğumuzu bəyan edirik.

 

Azərbaycan Yazıçılar Birliyi

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!