“Ulduz”un aprel sayı “Günel Xəzəl: “Zərdüştlə söhbəti...” və ... şeirləri”ylə açılır.
“Nəsr”də Orxan Cuvarlı, Ənvər Çingizoğlu, Arzu Nehrəmli”, Şəhla Aslandır.
Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Ulduz” jurnalı ilə ortaq layihəsi: Çağdaş Monteneqro Ədəbiyyatından Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin direktoru Seyran Mirzəzadə söz açır.
“Şeir vaxtı”nda Aysel Səfərlidir.
“Tənqid”də “Ədəbi fraqmentlər: şair, gilənar yarpağı, payız, bir də o qız...” yazısıyla Vaqif Yusiflidir.
“Tribuna”da Xəyalə Zərrabqızı “Ədəbiyyatımızın dostu, dostumuzun ədəbiyyatı”ndan – tanınmış Türk yazıçısı İmdat Avşarın yaradıcılığından söz açır.
“Debüt”də “Bala, ağzını yerə tut...” hekayəsiylə Nadir Rzalıdır.
Xuraman Hüseynzadə “Müharibədən ədəbiyyata” essesi ilə görüşünüzə gəlib.
“Türk eli” türk yazıçısı Əbdülqədir Özqanın “Məcik böcək” hekayəsini Təranə Vahidin tərcüməsində təqdim edir.
“Dərgidə kitab” XX əsr böyük İsveç şairi Tomas Tranströmerin həyat və yaradıclığını Səlim Babullaoğlunun tərcüməsində təqdim edir.
Bunlar hamısı deyil, “Ulduz”u oxuyun!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!