Edebiyyatqazeti.az The Guardiana istinadla xəbər verir ki, Beynəlxalq Buker mükafatının builki qısa siyahısına 6 əsər daxil edilib:
1. David Diop – "Gecə bütün qanlar qaradır" (Fransız dilindən tərcümə: Anna Moskovakis )
2.Mariana Enrikes – "Yataqda siqaret çəkməyin təhlükələri" (İspan dilindən tərcümə: Meqan Makdouel)
3. Benjamin Labatut – "Dünyanı anlamağı dayandırdığımızda" (İspan dilindən tərcümə: Natan Uest)
4. Olqa Ravn – "Əməkdaşlar" (Danimarka dilindən tərcümə: Martin Eytken)
5. Mariya Stepanova – "Yaddaşın xatirəsinə" (Rus dilindən tərcümə: Saşa Duqdeyl)
6. Erik Vyuyar - "Kasıbların müharibəsi" (Fransız dilindən tərcümə: Mark Polizzotti)
Mükafatın qalibi iyunun 2-də 2021-ci ilin Mədəniyyət şəhəri Koventridə keçiriləcək virtual tədbirdə elan ediləcək.
Qeyd edək ki, Beynəlxalq Buker mükafatı Bukerə əlavə olaraq 2005-ci ildə yaradılıb. Buker mükafatı ingilis dilində yazılmış ən yaxşı romana, onun beynəlxalq analoqu isə ingilis dilinə tərcümə edilərək Böyük Britaniyada nəşr olunan bədii əsərə görə verilir. Mükafatın məbləği kitabın müəllifi və tərcüməçisi arasında bərabər bölünən 50 min funtdur. Qısa siyahıya düşən hər müəllif və tərcüməçi 1000 funt sterlinq alır.
Hazırkı Beynəlxalq Buker formatı 2016-cı ildən etibarən mövcuddur və M.Stepanova mükafatın qısa siyahısına düşən ilk rusiyalı yazıçıdır. 2016-cı ilə qədər mükafatın uzun və qısa siyahısı yox idi. 2009-cu ildə rusiyalı müəlliflərdən Lyudmila Ulitskaya, 2013-cü ildə isə Vladimir Sorokin bu mükafatın namizədləri arasında idi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!