Müharibədə döyüşən qələmlər

 

II Qarabağ müharibəsində döyüşlərə könüllü olaraq qatılan minlərlə gəncin arasında gənc qələm adamları da olub. Gənc şairlər Emin Piri və Oğuz Arpaslan müharibənin ilk günlərindən könüllü şəkildə cəbhəyə yollanaraq Vətənə olan borclarını layiqincə yerinə yetiriblər. Öz şücaətləriylə, qəhrəmanlıqlarıyla nümunə göstərən gənc qələmlər Füzulidən Şuşaya qədər şanlı döyüş yolu keçiblər. Zəfər müjdəsiylə dönən gənc şairləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qəbul edib. AYB sədri gənc şairləri qələbə münasibətilə təbrik edib, onların bu igidliyinə görə təşəkkürünü, minnətdarlığını bildirib. Emin Piri və Oğuz Arpaslan Xalq yazıçısına müharibə vaxtı öz igid döyüşçü yoldaşları haqqında, onların şücaətləri haqqında, şəhid silahdaşları, qazi qardaşları haqqında danışıblar.  

Sonda xatirə şəkili çəkilib.

AYB.az 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!