AYB Həmkarlar İttifaqından YAŞAT-a dəstək

 

Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar İttifaqı YAŞAT Fonduna  min manat  köçürüb.

Bu barədə ayb.az saytına Həmkarlar İttifaqının sədri, tanınmış şair Firuzə Məmmədli məlumat verib.

Xatırladaq ki, bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyi də YAŞAT Fonduna vəsait köçürmüşdü.  Bundan əvvəl isə AYB, Xalq yazıçısı Anar və AYB Həmkarlar İttifaqı tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna ianə edilmişdi.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən il dekabrın 8-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında fərman imzalayıb.

 

AYB.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!