Nəriman Nərimanovun seçilmiş əsərləri gürcü dilinə tərcümə edilib

 

Görkəmli ictimai-siyasi xadim, yazıçı, publisist və dramaturq Nəriman Nərimanovun seçilmiş əsərləri gürcü dilinə tərcümə olunub.

Əsərləri gürcü dilinə filoloq Oktay Kazımov tərcümə edib.

İlk dəfə olaraq gürcü dilinə tərcümə edilən kitab aprelin 10-da Tbilisidə M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində oxuculara təqdim olunub.

Mərasimdə Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirliklərinin məsul əməkdaşları, Azərbaycan və gürcü ictimaiyyətinin təmsilçiləri, yazıçı və şairlər, elm adamları iştirak ediblər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!