Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu jurnallarının beynəlxalq elmi tələblərə uyğunlaşdırılması, müxtəlif indeksləmə bazalarına daxil edilməsi istiqamətində ardıcıl işlər həyata keçirir.
Edebiyyatqazeti.az xəbər verir ki, bu istiqamətdə əldə olunan növbəti uğur İnstitutun elmi nəşrlərinin beynəlxalq indeksləşdirmə bazası olan “idealonline” sisteminə daxil edilməsidir.
“İdealonline” Türkiyədə fəaliyyət göstərən və 920 jurnalın, 124375 məqalənin, 1559 kitabın daxil olduğu bazadır.
Həmin bazaya AMEA Humanitar və İctimai Elmlər bölməsinin “Filologiya və sənətşünaslıq” və İnstitutun “Müqayisəli ədəbiyyatşünaslıq”, “Poetika.izm”, “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalları daxil edilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!