Latviyalı şair və tərcüməçi Uldis Berzinş vəfat edib

 

Latviyalı şair və tərcüməçi Uldis Berzinş vəfat edib

Uldis Berzinş  "Qurani-Kərim"i, "Kitabi-Dədə Qorqud"u,  müasir Azərbaycan poeziyasını latış dilinə çevirib. Polyak, rus, qədim island, türk, azərbaycan, türkmən, fars, qədim yəhudi, ərəb dillərindən tərcümələr edir, ivriti, tatar və çuvaş dillərini bilirdi.

O, "İncil"in tərcüməsi məsələlərinə dair Amsterdam açıq universitetində keçirilən beynəlxalq seminarda, "Quran"ın tərcüməsi məsələlərinə dair Lund universitetində təşkil olunan forumda iştirak edib. 2002-ci ildən Latviya Universitetinin müasir dillər fakültəsində türk dilini tədris edib.

U.Berzinş "İncil" kitabları olan İovanın kitabı, Psaltiri, Solomonun pritçalar kitabını, Ekklesisastın kitabını latış dilinə tərcümə edib. 2009-cu ildə "Quran"ın 15 ildir ki, üzərində işlədiyi tərcüməsini tamamlayıb və kitab 2011-ci ildə nəşr olunub.

Ədibin şeirləri alman, isveç, eston, litva, çex, ingilis, island, bolqar, Azərbaycan və ukrayna dillərinə tərcümə olunub.

Allah rəhmət eləsin!

Azərbaycan Yazıçılar Birliyi 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!