Kişineuda Nizami Gəncəvinin barelyefi açılacaq

 

Moldovanın Kişineu şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirə barelyefi açılacaq.

Azərbaycanın Moldovadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, barelyefin quraşdırılması üçün Kşineu meriyası arasında razılaşma məsələləri artıq yekunlaşır. Dahi şairin xatirə barelyefi mərmərdən hazırlanıb və yaxın zamanda səfirliyin binasının küçə hissəsindəki divarda quraşdırılacaq.

Qeyd edək ki, bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bununla bağlı, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!