Orhan Pamukun 5 ildir üzərində çalışdığı “Vəba gecələri” romanı “Yapı Kredi Yayınları”nda işıq üzü görüb.
Romanda hadisələr 1901-ci ildə Osmanlı imperatorluğunun 29-cu vilayəti olan Minger adasında, 3-cü vəba pandemiyası zamanı yaşanır.
Həm cəlbedici siyasət və eşq romanı, həm də O.Pamukun epidemiya, karantin, dövlət və fərd məsələlərini bir nağıl atmosferində müzakirə etdiyi bu tarixi roman yaşadığımız günlərə də işıq tutur.
“Vəba gecələri” karantin yasaqlarına itaət edilməsi üçün çaba göstərən insanların vəba ilə, adadakı adət-ənənələrlə və sonunda bir-biriylə və ölüm təhdidləriylə savaşının və yaşadığı sevginin hekayəsidir.
milliyet.com.tr
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!