Şarl BODLER
(1821-1867)
İnsan və dəniz
Əzizlərsən dənizi, həmişə, gözəl insan,
Dəniz - səninçün güzgü! Baxırsan
öz qəlbinə,
Çəkilən dalğasının sonsuz ənginliyinə...
Qəlbin, hissin, ümidin heçə dönür
bircə an...
***
Öz şəklinin qoynunda üzmək xoşuna gəlir
Ürəyini, əlini, gözlərini qucursan,
Bəzən gileylənirsən şəxsi həyəcanından, -
Azğın, vəhşi gileyin səsi qəlbini dəlir...
***
Həyatda təvazökar, sehrli hər ikiniz
İnsan, sənin qəlbini heç nə ölçə bilməyib, -
Dəniz, sənin sərvətin haqq-hesaba gəlməyib, -
Sirrinizi açmaqda ah, necə xəsissiniz!
***
Saya-hesaba gəlməz ötən illər, zamanlar,
Döyün bir-birinizi, vicdan əzabınız yox;
Siz ölümü, qırğını necə sevirsiniz çox,
Ey amansız qardaşlar, əbədi pəhləvanlar!
1857. Les Fleurs du Mal.
"Şər çiçəkləri"
Mərhum alimimiz Şamil Zamanın tərcüməsində
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!