Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan olunması ilə əlaqədər Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi Nizami Gəncəvi mükafatının laureatları müəyyənləşib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın "Ədəbiyyat qəzeti"nə bildirdiyinə görə, AYB Katibliyi Nizami Gəncəvi mükafatlarıına bu il yubileyləri qeyd olunan yazıçı Seyran Səxavəti, şair Barat Vüsalı, habelə ədəbiyyatımızı Türkiyədə geniş təbliğ edən İmdat Əfşarı və Gəncədə Nizami motivləri əsasında dəyərli rəsm, heykəl və xalça əsərləri yaratmış heykəltaraş Şərif Şərifovu layiq görüb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!