İsmayıl bəy Qutqaşınlının hekayəsi İranın ədəbiyyat dərgisində

 

Azərbaycan Tərcümə Mərkəzindən bildirildiyinə görə, İranın populyar “Qürub” ədəbiyyat jurnalında “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” (ADTM) layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı İsmayıl bəy Qutqaşınlının fars dilinə tərcümə edilmiş “Rəşid bəy və Səadət xanım” hekayəsi dərc edilib.

Qeyd edək ki, 2016-cı ildən nəşrə başlamış jurnal öz səhifələrində müntəzəm olaraq Vilyam Şekspir, Avqust Strindberq, Arseni Tarkovski, Tomas Tranströmer kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!