Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev və Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədrinin müavini Mehriban xanım Əliyeva Qurultayın işində iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qurultayda videoformatda geniş məruzə ilə çıxış edib.
Sonra Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində gördüyü işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələrlə bağlı qurultay nümayəndələrinin çıxışları dinlənilib.
Qurultayda yekun olaraq təşkilati məsələlər müzakirə edilib. Qəbul edilmiş qərara əsasən, Yeni Azərbaycan Partiyasının 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Bu sırada ədəbiyyatşünas-tənqidçi Elnarə Akimova və şair Musa Urud İdarə Heyətinə, yazıçı Hüseynbala Mirələmov Veteranlar Şurasına üzv seçilmişlər.
Qurultayda həmçinin, Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasının və Azərbaycan Demoktatik Sahibkarlıq Partiyasının Yeni Azərbaycan Partiyasına birləşmək haqqında müraciətləri qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qurultayda videoformatda yekun nitqi ilə çıxış edib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!