Görkəmli dramaturq Əli Əmirlinin yeni "Pərdəsiz” pyesi xoşbəxtliklə bağlı düşüncələrində yanılmış qadın qəlbinin peşmanlığını nə qədər amansız və acı boyalarla versə də, oxucunu bu üzüntü ilə tənha buraxmır; həmişə, hər zaman bir ümid var - təsəlllisi zil - zülməti diksindirən ipucu verir.
Natiq Məmmədlinin "Ən gözəl günah” romanını 1- ci nömrədən izləyən oxucuları maraqlı sonluq gözləyir.
Nəsr rubrikasını Vidadi Babanlının "Sabaha ismarıc”povesti, Əjdər Olun "Dəhşətli hadisə” hekayəsi davam etdirir.
İstedadlı şair Əlizadə Nurinin şair xəyalı yenə də gərdişi – dünyanın dolaylarında dönüb - dolanıb, heyrət və heyranlığın, şübhə və tərəddüdün, sevgi və həsrətin dumduru gözəlliyini, tərtəmiz havasını uda- uddura, əlini yelləyib:
Tanrı bu dünyanı
Bir eşq məktubu kimi yazıbmış...
Əlirza Xələfli "Dönməzlik yolu” yaddaş – poeması ilə Azadlıq əsgərinə salam verir, Azərbaycan əsgərinə təzim edir.
Gənc şair Tural Turanın poetik axtarışları "bütün təbəssümləri qucaqlamaq” çağırşı ilə yaddaqalan və maraqlıdır.
Ətraf Sərrafın bu dəfəki şeirləri nostalji havasındadır.Vəliyulla Novruz da həmkarının ovqatına səs verir.
Qadın qəlbinin hüznlü duyğuları Tamella Pərvinin qələmində, Şəhid oğullara Ana laylası Zərəngiz Dəmirçi Qayalı imzasında yer alıb.
"Ədəbi talelər” də Günel Natiqin ədəbi zövqü bu dəfə Karlos Kastanedanı tanıdır: "Biz dünyaya sevginin gözüylə baxanda, o bizəən yaxşı tərəflərini göstərir”.
Ədəbiyyatşünaslıq rubrikasında Güldəniz Qocayeva Məhəmməd Hadi irsini "Qalan mənadır ancaq” qənaəti ilə izləyib. Səadət Vahabova isə Əbdürrəhimbəy Haqverdiyev yaradıclığında Menipp satira əlamətləri axtarıb.
Vüsal Nurunun "Kitab rəfi” də zəngindir: Kamal Abdullanın 7 cildliyi, Firuz Mustafanın "Cənnət çiçəyi”, Zabil Pərvizin şeirlərinin toplandığı "Yaşıl simfoniya”, Məmməd Orucun Sergey Kozlovdan tərcqmə etdiyi "Döngə” və s. Nadejda İsmayılova, Esmira Fuad, Məlahət Qədirovanın yeni kitabları da təyinatı üzrə oxucuya faydalı olacaq.
artkaspi.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!