"Qaraca qız" hekayəsi Fransada çap edildi

 

Azərbaycan yazıçısı Süleyman Sani Axundovun “Qaraca qız” hekayəsi Fransada kitab kimi çap edilib.

Kitab Strasburq şəhərində fəaliyyət göstərən “Kəpəz” nəşriyyatında yayımlanıb. Yazıçı və hekayə haqqında məlumat nəşriyyatın internet saytına yerləşdirilib.

Hekayəni fransız dilinə  Dilbadi Qasımov tərcümə edib.

Xatırladaq ki, azərbaycanlılarla fransızların birgə layihəsi olan “Kəpəz” nəşriyyatı Azərbaycan ədəbiyyatının Fransada təbliği ilə məşğuldur. Nəşriyyat klassik əsərlərlə yanaşı, çağdaş yazıçıların roman və hekayələrini də nəşr edir. 

kulis.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!