Aydın Tağıyevin romanı çap olunub

 

Hekayələr və kiçik povestlər müəllifi kimi tanınan AYB Şabran bölməsinin rəhbəri, yazıçı-publisist Aydın Tağıyevin “İspan çəkməsi” adlı ilk romanı çapdan çıxıb (“Xalidoğlu” nəşriyyatı – 2020).

Edebiyyatqazeti.az xəbər verir ki, kitabın redaktoru Aybəniz Əliyar, "Ön söz" ün müəllifi yazıçı, tənqidçi Sadıq Elcanlıdır.

Qeyd edək ki, romanın ayrı-ayrı fəsilləri müxtəlif vaxtlarda “Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Ədalət” qəzetlərində və digər mətbuat səhifələrində işıq üzü görüb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!