Şair Qəşəm Nəcəfzadə ilə onlayn görüş keçirilib

 

Azərbaycan Respubilkası Təhsil Nazirliyi Gənclər, Uşaq İnkişaf Mərkəzində tanınmış şair, Əməkdar Mədəniyyət İşçisi, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri Qəşəm Nəcəfzadə ilə onlayn görüş  keçirilib.

Mərkəzin qiraət müəllimi Mətanət Rzayeva şairin həyat və yaradıcılığı haqqında oxuculara ətraflı məlumat verib, onun ölkəmizdə və xaricdə çap olunan kitabları haqqında danışıb.

Şagirdlər şairin şeirlərini  ifa edib, şairə maraqlı suallarını ünvanlayıblar. Qəşəm Nəcəfzadə verilən sualları cavablandırıb və yeni şeirlərini oxuyub.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!