Mikayıl Müşfiqin yaradıcılığı Qazaxıstanın ədəbiyyat portalında

 

Qazaxıstanın populyar “adebiportal.kz” ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində (ADTM) görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin rus dilinə tərcümə edilmiş “Yenə o bağ olaydı...”, “Bizim gözlər”, “Könlüm mənə deyir ki...” şeirlərinə və şairin yaradıcılığı haqqında geniş məlumata yer ayırıb.

Tərcümə Mərkəzindən bildirilib ki, şeirləri rus dilinə tanınmış tərcüməçi Vladimir Qafarov tərcümə edib.

Geniş oxucu auditoriyası olan “adebiportal.kz” öz səhifələrində müntəzəm olaraq Aleksandr Blok, Akutaqava Rünoske, Con Apdayk, Lilian Voyniç, Virciniya Vulf, Herman Hesse, Knut Hamsan kimi dünya şöhrətli yazıçı və şairlərin əsərlərinə yer ayıran aparıcı ədəbiyyat portalıdır.

azertag.az


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!