Xalq yazıçısı Anarın ədəbi fəaliyyəti barədə sənədli film çəkilib

 

Xalq yazıçısı Anarın ədəbi fəaliyyətinin altmış illiyi münasibətilə “Keçən ilin son gecəsi” adlı sənədli film çəkilib.

 Real Televiziyası tərəfindən çəkilən 24 dəqiqəlik sənədli filmdə Xalq yazıçısının 90- cı illərdə Azərbaycanın ictimai həyatında oynadığı əhəmiyyətli rol oynaması və digər məqamlar diqqətə çatdırılıb.

Qeyd edək ki, filmin müəllifi və rejissoru Kamran Qasımov, operatorları Azər Qarayev, Elxan Hüseynov və Məhəmməd Zeynalov, baş redaktoru Səbinə Ağayevadır.

Filmdə Xalq şairi Sabir Rüstəmxanlı, Xalq yazıçısı Aqil Abbas, millət vəkili Fazil Mustafa, jurnalist-publisist Nəsiman Yaqublu, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxış ediblər.

kulis.az

      Filmi buradan izləyə bilərsiniz.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!