“Uşağın duası” kitabı çap olunub

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Abdurəhmanovanın hekayələrinə son dövrlər mətbuatda tez-tez rast gəlinir. 2020-ci ildə bütün dünyanı bürüyən pandemiyanın uşaqların mənəvi dünyasını, psixoloji aləmlərini əks etdirən hekayələrdən ibarət “Uşağın duası” kitabı məhz bu dövrdə işıq üzü görüb.

“Şərq-Qərb” nəşriyyatında ərsəyə gələn kitab professor Qəzənfər Paşayevin yazdığı “Ön söz”lə başlayır.

XXI əsrin 20-ci illərinin uşaqları pandemiya və Vətən müharibəsinin şahidi olublar. Sıfırlardan ibarət olan bu təqvimdə cəmiyyətin payına yuvarlaqlanmaq düşdü. Koronavirus adlı xəstəlik nəticəsində bütün dünya özünə qapanaraq, sərhədləri bağladı. Sərhədlər və qapılar bağlansa da, bütün dünyanın uşaqları birləşdi. Bu günün uşaqları gözlərinin önündə bütün dünyanı cənginə alan xəstəliklə Azərbaycan dövlətinin mübarizəsini heç vaxt unutmayacaqlarını yazan müəllif dünyamızı uşaqların duasının xilas edəcəyinə inanır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!