Daşkənddə özbək dilində çap olunan “Kitob dunyasi” qəzeti Azərbaycanla bağlı materiallar çap edib.
Qəzetdə tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın tanınmış özbək yazıçısı Fitrət haqqında məqaləsi yer alıb. Yazıda böyük Azərbaycan şairi Hüseyn Cavid və Fitrətin ədəbi yaradıcılığı müqayisəli təhlilə cəlb edilir, hər iki ədibin repressiya qurbanı olduğu vurğulanır.
Həmçinin qəzetdə Tural Adışirinin böyük Azərbaycan maarifçisi, yazıçı və dramaturq Mirzə Fətəli Axundzadə haqqında məqaləsi yerləşdirilib. Yazıda ədibin həyatı və yaradıcılığı haqqında məlumat verilir, əsərlərinin bədii əhəmiyyətindən söhbət açılır.
Burada Azərbaycan şairi Rəsmiyyə Sabirin şeirləri və onun haqqında qısa məlumat da yer alıb.
azertag.az
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!