Sentyabrın 28-də başlayan 5-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası başa çatıb.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən sərgi Bakı İdman Sarayında reallaşıb.
Sərginin təşkilində əsas məqsəd ölkədə kitaba, mütaliəyə marağın daha da artırılması, Azərbaycan oxucusunun yerli və xarici nəşr məhsulları ilə yaxından tanışlığı, eyni zamanda yerli və xarici nəşriyyatlar, kitab evləri arasında yeni əməkdaşlıq imkanlarının yaradılması olub.
Sərgidə 100-dən çox yerli, 30-dan artıq xarici nəşriyyat, kitab evi və digər təşkilatların iştirak edib.
Artıq ənənə halını alan bu kitab bayramı çərçivəsində dünyanın müxtəlif nəşriyyat-poliqrafiya müəssisələrinin çap işləri nümayiş olunur, tanınmış şair-yazıçılarla görüşlər, çoxsaylı təqdimatlar və digər tədbirlər keçirib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!