Hədiyyə Şəfaqətin "Qapı" kitabı təqdim ediləcək

Sabah (1 oktyabr) saat 15:00-dan 17:00-dək "BookZone" Kitab evində şair Hədiyyə Şəfaqətin bir müddət əvvəl çap edilmiş “Qapı” adlı şeirlər kitabının təqdimat mərasimi keçiriləcək. 

"Vektor" nəşriyyatında çap olunan kitaba müxtəlif mövzulu 94 şeir daxil edilib.

Müəllifin özünün də iştirak edəcəyi təqdimatda oxucular H.Şəfaqətlə müzakirə imkanı qazanacaq, əldə etdikləri kitabları imzalatdıra biləcəklər.

Qeyd edək ki, "Qapı" şairin ilk kitabıdır.

Məlumat üçün bildiririk ki, kitabın qiyməti 7 manatdır.

Ünvan: "BookZone" Kitab Evi. Bəxtiyar Vahabzadə küçəsi 5. "Elmlər Akademiyası" metrostansiyasının təzə çıxışı, Bakı Dövlət Universiteti ilə üzbəüz.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!