Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi

 2020-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olub.
 
 AZƏRTAC xəbər verir ki, bununla əlaqədar "UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı” çərçivəsində Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə dekabrın 25-də "Azərbaycanın ədəbi, mədəni və ictimai-siyasi həyatının fədaisi: Əbdürrəhim bəy Haqverdiyev 150” mövzusunda onlayn konfrans keçiriləcək.
 Konfrans Mədəniyyət Nazirliyinin rəsmi "YouTube” kanalı vasitəsilə canlı yayımlanacaq: http://bit.ly/2Kxm1rk

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!