Möhtərəm cənab Prezident! Müsaidənizlə Sizi ad gününüz münasibətilə təbrik edirəm. Bu gün Siz və milyonlarla bizim həmvətənlərimiz doğum gününü tamamilə başqa əhval-ruhiyyədə qeyd edirlər. Biz rəşadətli ordumuzun qüdrəti və şəhidlərimizin qanı hesabına düşmən işğalı altında olan torpaqlarımızı geri aldıq, ölkəmizin ərazi bütövlüyünü bərpa elədik, itirdiyimiz şərəf və ləyaqətimizi özümüzə qaytardıq. Bizim qələbəmizdə şəxsən Sizin töhfənizi dəyərləndirməmək qeyri-mümkündür. Biz Sizin siyasi iradəniz, bacarıqlı rəhbərliyiniz, informasiya müharibəsinin bütün mərhələlərindəki şəxsi iştirakınız sayəsində bu qələbəni əldə etmişik. Dünyanın bir çox siyasətçiləri və analitikləri bu müharibənin reallıqlarını və şəxsən Sizin hansı risklərə məruz qaldığınızı başa düşürdülər. Bu müharibədə Azərbaycanın siyasi gələcəyi, həm də bizim əbədi olaraq itirə biləcəyimiz tariximiz, həyatımızın son otuz ili həll olunurdu. Bu gün dünyada bir çoxları Sizin bu qələbəyə mühüm töhfənizi qeyd edirlər! Siz haqlı olaraq dünya və bizim tariximizdə iz buraxmısınız. Bundan sonrakı nəsillər xalqımızın ən çətin problemini nəhayət həll etdiyinizə görə Sizə minnətdar olacaqlar. Mənim üçün bu barədə yazmaq asanddır, çünki mən Sizin etibar etdiyiniz və həmişə istedadınıza, zəkanıza, iradənizə, əzminizə və liderlik bacarığınıza sözsüz inanan bir şəxs olmuşam.
Sizin dahi atanız ən çətin zamanlarda bizim dövlətçiliyimizi bərpa elədi. Son əsrlər boyunca ilk dəfə olaraq Siz torpaqlarımızı geri qaytardınız. Sizə, ailənizə uzun ömür, cansağlığı, xoşbəxtlik arzu edirəm! Bu gün mən cəsarətlə Sizin sözlərinizi dəyişərək təsdiq edirəm ki, İlham Əliyev – Azərbaycandır! Qədirbilən Azərbaycan xalqı Sizin bu fədakarlığınızı heç bir zaman unutmayacaq!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!