Bartelemi Derblo

Bartelemi Derblo fransız şərqşünasıdır. O, Şərq əlyazmalarını toplamış, şərq dilləri üzrə katib-tərcüməçi, Kollec de Fransda professor olmuşdur. Bartelemi Derblo Kral kitabxanasında işləmişdir. Şərq kitab xanası, yaxud Şərq xalqları haqqın da bütün biliklərin lüğəti (1697) monumental əsərinin, latınca izahı verilən Ərəb-fars-türk lüğəti və Şərq antologiyası əsərlərinin müəllifidir. Hər iki əsər əlyazması şəklində Paris Milli Kitabxanasında saxlanılır.

France, Francia.retrato Of Barthelemy D' Herbelot, Ca, 1700 | eBay

Kral kitabxanasındakı nadir Şərq əlyazmaları əsasında yazılmış Şərq kitabxanası ensiklopedik lüğətində Azərbaycan ədəbiyyatına dair altı məqalə dərc edilmişdir. Onlardan dördü Nizami Gəncəviyə, biri Xaqani Şirvaniyə, digəri isə Fələki Şirvaniyə həsr olunmuşdur. Həmin məqalələr, hələlik, Avropada Azərbaycan ədəbiyyatına dair ilk yazılı məxəzlər sayılır. Nizami Gəncəvi haqqında məqalələrdə şairin əsərlərinin fransız ədəbiyyatına təsirindən bəhsedilir. Bartelemi Derblonun Nizami Gəncəvinin nisbəsini Gəncəvi yox, Gəncəli kimi yazması onun vətəninin dəqiqləşdirilməsi baxımından təqdirəlayiqdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!