İntiqam Yaşarın Təbrizdə kitabı çap olunub

Təbriz şəhərində fəaliyyət göstərən “Nəbati” nəşriyyatında Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşarın yeni kitabı çap olunub.

Müxtəlif illərdə qələmə alınmış şeirlərdən ibarət kitabı fars əlifbasına təbrizli gənc şair Əli Nurvəş köçürüb. Kitabın dizayneri isə Kiyumərs Nizamiyandır.

“Bütün xatirələr sənə qalacaq” adlanan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitab yaxın günlərdə kitab evlərində satışda olacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!