Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.
Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri və s. vardır.
Laçın şəhərinin yerini Tağı Şahbazi Simurğ seçmiş və bu adı da ona özü vermişdir. Laçın rayonu 1924-cü ildə təsis edilmişdir. Rayonun mərkəzi Laçın şəhəridir.
Rayonun ərazisi 1883 kv. km., əhalisi 65430 nəfər olmuşdur.
|
||||||
|
Bu gün Laçın azaddır!
Laçın, sən azadsan! Laçın, biz qayıtdıq!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!