Azərbaycan poeziyasında özünəməxsus yeri olan və həmişə öz dəst-xətti ilə seçilən, artıq beş ildir həyatda olmasa da, əziz xatirəsi oxucularının, bütün zəlimxansevərlərin qəlbində daim yaşayan Xalq şairi Zəlimxan Yaqubun yeni kitabı işıq üzü görüb. “Ölüm də bir zarafatdı” adlanan nəfis tərtibatlı kitabı nəşrə hazırlayan və redaktoru Zəlimxan Yaqub irsinin araşdırıcısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Yeni nəşr haqqında Musa Nəbioğlu bildirib ki, qüdrətli söz ustadı Zəlimxan Yaqubun kitablarına hər zaman geniş oxucu kütləsinin böyük tələbatı var: “Bu il Z.Yaqubun yubiley ildir – 70 yaşı tamam oldu. Ölkəmizdə koronavirusla əlaqədar kütləvi yubiley tədbirləri keçirilməsi mümkün olmasa da, ölməz şairin xatirəsini əsərlərindən seçmələrdən ibarət kitabla yad edib, sadiq oxucularına yeni poeziya buketi təqdim etməyi qərara aldıq. Şairin daha bir neçə kitabının nəşr edilməsi də nəzərdə tutulur”.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!