Den Mörfi (Dul qadının etirazı) - Mark Tven

Təxəllüsü Mark Tven olan Samuel Lanqhorn Klemens  1835-ci il Noyabrın 30-u  ABŞ-ın Missuri ştatının Florida adlı kiçik şəhərində  anadan olur, uşaqlığını isə Hanibal qəsəbəsində keçirir. Sonralar yazdığı “ Haklberi Fin Macəraları “ və “Tom Soyerin Macəraları “əsərlərinin baş verdiyi yer kimi də buranı təsvir edir. 

Provokes Sympathy- Mark Twain Reveals Stage Fright – Essentials of  Persuasive Rhetoric and Practical Oratory***

 “Bu illər ərzində, mənim diqqətimi çəkən ən qəmgin əhvalatlardan biri də müharibə dövründə burada- Karninq şəhərində baş vermişdi”- bunu deyən bankirin işçisi sözə başladı.
 “Den Mörfi adlı bir gənc, könüllü olaraq ordu sıralarına yazılmış və böyük cəsarətlə vuruşmuşdu. Bütün yoldaşları onun xətrini çox istəyirdi. Elə buna görə də, aldığı yara onu zəiflədib əldən salanda, hətta tüfəng də onun üçün ağır bir yük olanda, silahdaşları sözü bir yerə qoyaraq, ona orduda satıcı kimi işləməyi təklif etdilər. Bundan sonra pul qazanmağa başlayan Den pul yığmaq  üçün həyat yoldaşına göndərərdi. Bu illər ərzində paltar yuyub ütüləməklə dolanan bu qadının qazandığı ağır təcrübə ona pulu necə saxlamağı çox yaxşı öyrətmişdi. Necə deyərlər, qəpiyinin də qədrini bilirdi. Ancaq hər cür çətinlik görmüş bu qadın, bank hesabı artdıqca daha da xəsisləşirdi. Zavallı qadın firavan həyata heç cür öyrəşə bilmirdi. Yoxsulluğun , aclığın, soyuğun, köməksizliyin, bu dünyada pulsuz qalmağın nə olduğunu çox yaxşı bildiyi üçün, yenidən o günlərin geri dönəcəyi qorxusu ona rahatlıq vermir, bir kabus kimi onu izləyirdi. Və nəhayət ki, Den öldü. Silahdaşları isə onun kimi  bir yazığın adəti üzrə bir çuxura atılacağını, sonra isə heç nə olmamış kimi ətrafdakılara onun başına gələnlərin nağıl ediləcəyini bildiklərindən, ona bəslədikləri dərin hörmət və izzətin sübutu olaraq,  onun həyat yoldaşı  xanım Mörfiyə teleqram vuraraq, yoldaşının mumiyalanıb evə göndərilməsini istəyib-istəməmisini ondan xəbər aldılar. Xanım Mörfi cəsədin mumiyalanmasının cəmi iki-üç dollar edəcəyini düşünüb, onların təklifini qəbul etdi. Mumiya üçün xərcin qəbzi isə evin xanımına yalnız “oyaq qalma” mərasimində gəlib çatdı. Elə hər şey də bundan sonra başladı. Qəbzdəki məbləği görən qadın hər kəsin qəlbini parçalayan acı, kədərli bir ağı deyərək nalə qopartdı : “Deni basdırmaq üçün yetmiş beş dollar, mən də elə bilirdim Muzeyə qoyacaqlar, yoxsa heç vaxt belə bir işə baş qoşub, bu qədər xərc çəkməzdim!”
Bu mənzərəyə şahidlik etmiş bank işçisi deyirdi ki, bu sözlərdən sonra evdə hamı göz yaşı tökürdü.
* “Oyaq qalma” mərasimi  ölümlə əlaqədar bir mərasim olub, əsasən axşam saatlarında cənazə evdə olarkən ölmüş şəxsin evində həyata keçirilir. 
 
                                                                                                                                                                   Tərcümə etdi: Tamella Abdıyeva


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!