AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayevanın “Molla Nəsrəddin” jurnalı və milli ədəbi dəyərlər” adlı kitabı çap olunub. Kitab 17 yanvar 2019-cu il “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na əsasən işıq üzü görüb. Monoqrafiya Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 sentyabr 2020-ci il tarixli (protokol № 6) qərarı ilə nəşr edilib.
Kitabın elmi redaktoru və “Mollanəsrəddinşünaslıqda yeni imza” adlı ön sözünün müəllifi AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylidir. Rəyçiləri filologiya elmləri doktorları, professorlar Vüqar Əhməd və Allahverdi Məmmədlidir.
“Elm və təhsil” nəşriyyatında çap olunan monoqrafiyada “Molla Nəsrəddin” jurnalının problematikası, klassik irsə və folklora yaradıcı münasibəti, çoxsaylı rubrikaları tədqiqata cəlb olunub. 416 səhifəlik kitab doqquz fəsil, qırx yarımfəsil, nəticə və istifadə edilmiş ədəbiyyatdan ibarətdir. Bu tədqiqatda jurnalın milli istiqlal uğrunda mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyəti, Qarabağ mövzusu və “Molla Nəsrəddin”in türkdilli xalqların satirik mətbuatına təsiri məsələləri tarixi-müqayisəli və elmi-nəzəri aspektdən təhlil edilib.
Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!