Lütviyyə Əsgərzadənin “Əhməd Triniç” kitabı nəşr olunub

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin “Əhməd Triniç” kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub.

Kitabın redaktoru və “Əhməd Triniçin elmi təqdimatı” adlı “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, professor Cəlal Qasımov, rəyçisi filologiya elmləri doktoru, professor İslam Qəriblidir.

Kitabın “XX əsrin əvvəllərində Azərbaycanda ictimai mühit, mətbuat və ədəbiyyat”, “Əhməd Bədi Rəcəb oğlu Triniç”, “Əhməd Bədi Triniç ədəbi-bədii mənbələrdə”, “Xatirələr, həqiqətlər, ehtimallar” fəsillərində sənətkar haqqında ətraflı məlumat verilib. Yeni nəşr Əhməd Triniçin (1893-1937) tərcümeyi-halı, çoxcəhətli fəaliyyəti, ədəbi mövqeyi haqqında real məlumatları sənədli-tarixi materiallar əsasında oxuculara çatdırmağa xidmət edir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!