1.Oxumağa uşaq yaşlardan başlanılmalıdır. Oxumağa digər məşğuliyyətlərdən daha çox vaxt ayırın.
2.Yetkin yaşda yazılarınızı başqası oxuyurmuş kimi oxuyun, ən yaxşısı elə düşməniniz oxuyur kimi oxuyun.
3.İstedadınızı romantikləşdirməyin; ya yaxşı cümlələr yazırsan, ya yaza bilmirsən, bu qədər! "Yazıçı həyat tərzi" deyə bir şey yoxdur. Önəmli olan kağıza tökə bildiklərimizdir.
4.Zəif tərəflərinizlə maraqlanmayın. Ancaq əlbətdə bu yolda edə bilmədiklərinizin dəyərsiz olduğunu söyləməyin. Başqalarını gözdən salmaqla özünüzlə bağlı olan şübhələrinizi gizlətməyin.
5.Yazmaqla redaktə etmək arasında ağlabatan bir fasiləyə icazə verin.
6.Komandalardan, izdihamdan və qruplardan uzaq gəzin. Ətrafınızdakı izdiham yazılarınızı yaxşılaşdırmayacaq.
7.İnternet bağlantısı kəsilmiş bir kompüterdə işləyin.
8.Yazmaq üçün ayırdığınız vaxtı qoruyun. Sizə mane olan hər kəsi kənarlaşdırın, onlar ən yaxınlarınız olsalar belə.
9.Uğuru şərəflə qarışdırmayın.
10.Həqiqəti söylədiyinizə əmin olun, nə qədər çətin olsa da, tülü aradan qaldırın. Ömürlük davam edəcək narazılığın kədərinə təslim olun.
Tərcümə-Nargis
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!