8 Avqust 1882-ci il ilə 24 Avqust 1882-ci arasında Nitşe; Lou Andreas-Salomeyə yazdığı məktublarında yaxşı bir yazar olmaq üçün 10 qızıl qaydanı izah edir.
1. Birinci Prioritet Həyatdır; Stiliniz Yaşamalıdır!
2. Stiliniz (tərziniz, üslubunuz) əlaqə qurmaq istədiyiniz konkret şəxsə müraciət etməlidir!(Qarşılıqlı Ünsiyyət Qanunu)
3. Yazmağa başlamazdan əvvəl demək istədiyinizi və ya göstərməyinizi dəqiqləşdirməlisiniz! Yazmaq imitasiyadır!
4. Yazmaq; Danışığın mənalarından məhrum olduqda; Daha çox vurğulamağa ehtiyacı olan təqdimatı etmək üçün yollar tapmalıdır!Çünki yazdıqlarımız danışdıqlarımızdan daha solğun olur ...
5. Yaşamağın zənginliyi jestlərimizin bolluğu ilə özünü açıqlayır; jestləriniz kimi hər şeyi hiss etməyi öyrənməlisiniz! Hər şey; cümlələrin uzunluğu və qüsurudur, sözlərin seçilməsidir, fasilələr və arqumentlərin təsiridir ...
6. Ardıcıl cümlələrinizə diqqət yetirin! Danışarkən uzun fasilələr verənlər cümlələrin ardıcıl və dolğun olmasını gözləyirlər. Qalanları üçün bu yalnız sünilik deməkdir!
7. Stiliniz baxış bucağınıza inandığınızı sübut etməlidir; sadəcə düşündüyünüz deyil, hiss etdiyiniz baxış bucağınıza!
8. İzah etmək istədiyiniz doğruları ruhları təsirinizə salana qədər sadalayın!!
9. Yaxşı yazıçı strategiyası; Nəsrdə şeirə girmədən şeirə mümkün qədər yaxınlaşaraq nəsri var etməkdir!
10. Oxucunun ən böyük üstünlüyünü (taktikasını) əlindən almaq ağıllı addım deyil. Müdrikliyimizin ən əhəmiyyətli nümunəsi ilə oxucunu təkbətək buraxmağımız üstünlükdür!
Tərcümə-Nargis
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!