Azərbaycan dünya yazarlarının 54-cü Beynəlxalq görüşündə - Ədəbi gündəm

Ölkəmizin ədəbiyyatını Fərid Hüseyn təmsil edir

Belqradda keçirilən dünya yazarlarının 54-cü Beynəlxalq görüşündə Azərbaycan da təmsil olunur. Şair Fərid Hüseyn dünyanın bu nüfuzlu ədəbiyyat tədbirində iştirak edir.
Bu il keçirilən poeziya axşamları Şarl Bodlerin vəfatının 125, Vladislav Petroviçin vəfatının 100, Borislav Peçikin vəfatının 25 illiyinə, Nobel mükafatı laureatı İvo Andriçin anadan olmasının 125, Filip Visinjiçin anadan olmasının isə 250 illiyinə həsr edilib.
Qeyd edək ki, builki görüşdə 21 ölkədən 30-dan çox şair iştirak edir. Amerika, Kanada, Böyük Britaniya, İtaliya, Almaniya, Fransa, Yunanıstan, Çexiya, Macarıstan, Rumıniya, Belarus, Ukrayna, Slovakiya, Albaniya, İsrail, Türkiyə və başqa ölkələrin şairlərinin qatıldığı tədbirin gündəliyi olduqca zəngindir.
Dünya yazarlarının builki Belqrad görüşündə iştirak edən şairlər qruplar şəklində 5 yerə bölünərək iki günlük Serbiyanın ayrı-ayrı yerlərinə göndəriliblər.
Fərid Hüseynin təmsil olunduğu qrup Serbiyanın dilbər guşəsi hesab olunan Vrnyaçka-Banyaya səfər edib.
Bu mötəbər tədbirlə bağlı hazırlanan antologiyada Fərid Hüseynin “Anna Axmatovanın dilindən” adlı şeiri və tərcümeyi-halı da yer alıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!