Ədəbiyyatın müalicəvi təbiətindən yola çıxan bir qrup alim, yüksək keyfiyyətli romanların insan beynini inkişaf etdirdiyini və itilədiyini, ictimai əlaqələri gücləndirərək və əlaqələr qurmağı asanlaşdıraraq şəxsiyyəti dəyişdirdiyini təyin edib.
Toronto Universitetinin müəllimləri psixiatr Keith Oatley və Ingrid Vickelgrenin “Scientific American”da yazdığı məqaləyə görə, romanın qəhrəmanları ilə tanışlıq özünəməxsusluğu, təsəvvürü zənginləşdirir və sosial əlaqələri gücləndirir.
Bu təsirləri ilə sanballı bir roman insan beynini itiləyir və insan davranışları haqqında məlumat verir. İki alim, eyni zamanda insan beynini ən çox inkişaf etdirən on romanı müəyyənləşdirərək belə bir siyahı tədim ediblər.
1.Johann Wolfgang von Goethe-"Gənc Verterin İztirabları" (1787)
2. Ceyn Ostin/ Qürur və Qərəz (1813)
3. Nathaniel Hawthorne, "The Scarlet Letter" (Qırmızı ləkə) (1850)
4. Qustav Flober «Madam Bovari» (1856)
5. George Eliot / Middlemarch (1870)
6. Lev Tolstoy Anna Karenina (1877)
7. Virginia Woolf / Bayan Dalloway (1925)
8. Toni Morrison / Sevilen (1987)
9. J.M. Coetzee / Utanç (1999)
10. Mohsin Hamid The Reluctant Fundamentalist
Tərcümə:Nargis
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!