Elmi-bədii və fantastik ədəbiyyatın görkəmli nümayəndələrindən olan Le Guin, 21 oktyabr 1929-cu ildə Amerika Birləşmiş Ştatlarının Kaliforniya əyalətində anadan olub.Fantastika janrında yazmağa 1960-cı illərdə başlamışdır. İlk hekayəsi 1962-ci ildə çıxmışdır. Bir çox universitetlərdə dərs demiş, tərcümə və məqalələri çap olunmuşdur. "Le Guin 1969-cu ildə yazmış olduğu “Qaranlığın sol əli” adli romanı ilə iki böyük mükafat – Hüqo və Nebula mükafatlarını qazandıqdan sonra məşhurlaşmışdır. Bundan başqa 1974-cü ildə yazdığı utopik fantastika romanı olan "Mülksüzlər" ilə 1975-ci ildə yenə Hüqo və Nebula mükafatlarını qazanmışdır. O, eyni zamanda şeir və uşaq kitabları da yazmışdır. Əsərləri arasında xüsusən Yerdəniz trilogiyası və ya sonrada əlavə olunan 4-cü və 5-ci kitabla Yerdəniz beşliyi çox böyük oxucu heyranlığına səbəb olmuşdur. Bu seriyanın 3-cü romanı olan Ən uzaq sahil kitabı ilə 1973-cü ildə uşaq kitabları üçün verilən ABŞ Milli Mükafatını qazanmışdır. 1990-cı ildə Tehanu ilə yenidən Nebula mükafatını qazanmışdır".
21 oktyabr 1929 |
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!