Romanın qadın səsi - Elfrida Yelinek

Elfrida Yelinek 20 oktyabr 1946-cı ildə Avstriyanın Ştiriya əyalətinin Mortsşlaq qəsəbəsində anadan olub. Avstriyanın ən məşhur romançılarındandır. Yelinek əsasən roman yazır və romançı kimi xarakterizə olunur, eyni zamanda uğurlu bir dramaturqdur. Romanlarında tez-tez feminizm mövzusuna toxunur. Gəncliyindən şeir yazmağa başlayan Jelinek, getdikcə kitabları ilə şöhrət qazanır. Elfrida Yelinek yaradıcılığa şeirlə başlamışdı. Bu şeirlər 1967-ci ildə çapdan çıхan "Lizanın kölgələri" kitabında toplanıb. Mübahisəli mövzuları özündə əks  etdirən kitabları ilə ictimaiyyətin diqqətini çəkib.  "Arzu", "Sevgi Qadınları", "Çöldə qalanlar" və "Pianoçu" (1983), "Şəhvət" (1989)  kimi əsərləri mövcuddur. "Pianoçu" kitabı onun şah əsəri olaraq qəbul edilir. Dünyaca məşhur Avstriyalı rejissor Michael Haneke tərəfindən kinoya uyğunlaşdırılan "Pianoçu" kitabı, nəşr olunduğu gündən bəri mübahisə mövzusu olmağı bacarıb. Kitab təəccüblü bir sevgi hekayəsini özündə əks etdirir. Elfrida  2004-cü ildə Nobel Ədəbiyyat Mükafatına layiq görülüb. Nobeldən öncə  müəllif alman dilli ölkələrdə, yəni İsveçrədə, Avstriyada və Almaniyada məşhur deyildi. Müəllifin Nobel qazandığı il münsiflərdə böyük bir mübahisənin olduğu da iddia edilir. Ənənəvi Avstriya ədəbiyyatı Yelinekin yazı üslubunda  çox aydın hiss olunur.

Tərcümə: Nargis


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!