Sentyabrın 22-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda növbəti dəfə Mahmud Kaşqari adına Beynəlxalq Fondun Mükafat Komissiyası tərəfindən təsis edilən “Beynəlxalq Mahmud Kaşqari” mükafatının təqdimatı keçiriləcək.
Fondun Azərbaycan üzrə sədri, “Ulu çinar” jurnalının baş redaktoru Elxan Zal bildirir, türk dünyasına xidmətə görə 2007-ci ildə təsis edilən bu mükafat indiyədək çox tanınmış simalara verilib. Bu dəfə də ən layiqlilər mükafatlandırılacaq.
Bildirib ki, mükafat komissiyasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Tatarıstandan olan elm və mədəniyyət adamları yer alıb.
AZƏRTAC
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!