Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan orduya dəstək

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu işğal olunmuş Qarabağ torpaqlarımızda uğurlu döyüş əməliyyatları apararaq otuz ilə yaxın davam edən həsrətə son qoymaqdadır. Ard-arda gələn qələbələr hər bir azərbaycanlıda böyük qürur və sevinc hissləri yaradır.

Ordumuza dəstək olmaq məqsədilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun kollektivi Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna 10000 manat vəsait köçürüb.

Ədəbiyyatşünas alimlər ordumuzun qələbəsinə inanır və ona dəstək verir.

Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!

 

Gülnar Səma - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!