Türkiyənin “Qardaş qələmlər” jurnalının növbəti sayı “Azərbaycan səninləyik!” şüarı ilə işıq üzü görüb

 

Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyinin (AYB) aylıq dərgisi olan “Qardaş qələmlər” ədəbi jurnalının növbəti sayı “Azərbaycan səninləyik!” şüarı ilə işıq üzü görüb.

AYB-in sədri, tanınmış yazıçı-publisist Yaqub Öməroğlu jurnalın bu nömrəsinə yazdığı ön sözdə Ermənistanın ölkəmizə qarşı hərbi hücumlarını davam etdirməsini, düşmən ordusunun Azərbaycanda dinc əhalini, mülki yaşayış evlərini və obyektləri davamlı atəşə tutmasını hiddətlə qınayıb. Yazıçı bildirib ki, hər bir vicdanlı qələm əhli sülhsevər dünya ictimaiyyətinə müraciət ünvanlayaraq Azərbaycanın haqlı mübarizəsində ədalətli mövqe sərgiləməyi tələb etməlidir.

Xatırladaq ki, Avrasiya Yazıçılar Birliyi Ermənistanın işğalçılıq siyasətinə son qoyulması ilə əlaqədar dünya birliyinə müraciət ünvanlayıb. /Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!