Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşkilatçılığı ilə Bolqarıstanın zəngin tarixə malik olan Kırcali şəhərində “Kadriye Latifova” Musiqili Teatrında dahi bəstəkarın “Arşın mal alan” musiqili komediyası tamaşaya hazırlanıb.
Səhnə əsərinin rejissoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru - Hafiz Quliyev, rəssamı -Tomiana Tomova Naçevadır.
Premyeranın keçirilməsi cari ilin oktyabr ayına planlaşdırılır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!