“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Filologiya və sənətşünaslıq” elmi jurnalının 2020-ci ildə birinci sayı nəşr olunub.

“Filologiya və sənətşünaslıq” elmi jurnalının baş redaktoru AMEA-nın I vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Jurnalın yeni sayı akademik İsa Həbibbəylinin “Milli sərbəst şeirin uvertürası” məqaləsi ilə açılır. Məqalə Rəsul Rzanın 110 illiyinə ithaf edilib.

 Jurnalın baş redaktor müavinləri akademik Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, filologiya elmləri doktoru Əlizadə Əsgərlidir. Məsul redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Maral Poladova, məsul katibi Həlimə Mehdiyevadır.

“Elm” nəşriyyatında çap olunan jurnalın bu sayı “Ədəbiyyatşünaslıq”, “Ədəbiyyat nəzəriyyəsi”, “Mətbuat tarixi və publisistika”, “Müqayisəli ədəbiyyatşünaslıq”, “Ədəbi əlaqələr”, “Folklorşünaslıq”, “Dilçilik”, “Sənətşünaslıq” və “Xronika” bölmələrindən ibarətdir.

“Filologiya və sənətşünaslıq” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Rusiya, Belarus, Polşa və Gürcüstanın alimləri daxildir.

Gülnar Səma - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!