“Tarki-Tau” yarmarkası sentyabrın 21-də start götürəcək
Sentyabrın 21-dən 23-ə kimi Mahaçqalada mahiyyətcə beynəlxalq hesab edilə bilən regionlararası kitab yarmarkası keçiriləcək.
Bu dəfə “Tarki-Tau”da Rusiyanın müxtəlif şəhərlərindən olmaqla yanaşı, Belorusiya, həmçinin ilk dəfə Qazaxıstan, Azərbaycan, Serbiya və Sloveniyadan naşirlər iştirak edəcəklər. Nəşriyyat rəhbərləri görüşərək əməkdaşlıq məsələləri ilə bağlı dəyirmi masalar keçirəcəklər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!