“Onlayn müzakirə” rubrikasının növbəti qonağı şair Qəşəm Nəcəfzadə olub

Xəzər rayon MKS-nin “Onlayn müzakirə” rubrikasının növbəti qonağı şair Qəşəm Nəcəfzadə olub

 

Edebiyyatqazeti.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası mövcud pandemiya vəziyyəti ilə əlaqədar olaraq sosial şəbəkələrdə mədəniyyət və incəsənət xadimləri ilə görüşlər keçirir, ədəbi söhbətlər aparır.

Uğurla keçirilən “Onlayn müzakirə” rubrikası altında keçirilən canlı yayımın növbəti qonağı şair, əməkdar mədəniyyət işçisi, AYB-nin idarə heyətinin üzvü, uşaq ədəbiyyatı şöbəsinin rəhbəri, "Azərbaycan jurnalının" poeziya şöbəsinin müdiri, Avropada keçirilən 38-ci Poeziya Festivalının iştirakçısı Qəşəm Nəcəfzadədir.

Qəşəm Nəcəfzadə İmişli rayonunda dünyaya göz açıb. Bir çox kitabların müəllifidir. Qəşəm Nəcəfzadənin şeirləri Azərbaycanda və xarici ölkə mətbuat orqanlarında müntəzəm çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, polyak, özbək, alman və başqa dillərə tərcümə edilib.

Canlı yayım müddətində şairin yaradıcılığına dair suallar cavablandırılıb, müəllifi olduğu kitablar haqqında məlumat verilib.

Canlı yayım istifadəçilərinin çoxsaylı istəklərini nəzərə alaraq, şair "Sənin dərsin", “Ay Vətən" və "Mən səni sevirəm ölməzsən heç vaxt" adlı şeirlərini səsləndirib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!